"İntihara dini və psixoloji baxış" mövzusunda tədbir keçirilib | FOTOLAR

"İntihara dini və psixoloji baxış" mövzusunda tədbir keçirilib |    FOTOLAR
  13 Oktyabr 2025    Oxunub:1030
Dövlət Sərhəd Xidmətinin hərbi hissələrində Respublika Hərbi Prokurorluğu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə "İntihara dini və psixoloji baxış" mövzusunda maarifləndirici tədbir keçiriib.
AzVision.az xəbər verir ki, Dövlət Sərhəd Xidmətinin şəxsi heyəti, Respublika Hərbi Prokurorluğu və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin əsas məqsədi hərbi qulluqçular arasında mənəvi-psixoloji hazırlığın gücləndirilməsi, stress və psixoloji gərginlik halları ilə mübarizə yolları barədə maarifləndirmənin aparılması olub.

Bildirilib ki, hərbi xidmət kimi məsuliyyətli bir sahədə qulluq edən şəxslərin fövqəladə hallar və gərgin psixoloji şəraitlə üzləşdikdə özünü idarə bacarığını qoruyub saxlaması olduqca vacibdir. İntihar cəmiyyət üçün ağır hadisədir və hüquqi baxımdan qiymətləndirilərək qarşısının alınması istiqamətində zəruri tədbirlər görülməlidir.

Tədbirlər çərçivəsində hərbi qulluqçular arasında hərbi xidmət əleyhinə olan cinayətlərin qarşısının alınması istiqamətində hüquqi maarifləndirmə aparılıb, bu əməllərin hüquqi və mənəvi nəticələri ətraflı şəkildə izah edilib. Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hərbi qulluqçulara müvafiq qanunvericilik aktları, cinayət hüququnun tələbləri və bu kimi əməllərin dövlət və ordu quruculuğuna vurduğu zərərlər barədə geniş məlumat verilib.

Belə kimi hadisələrin çox zaman depressiya, psixoloji gərginlik, sosial təcrid, ailə və şəxsi münasibətlərdəki problemlərin nəticəsi olduğu, psixoloji dəstəyin və monitorinqin vacibliyi qeyd edilib. Tədbirin sonunda şəxsi heyətin sualları cavablandırılıb və interaktiv diskussiya formatında fikir mübadiləsi aparılıb.

AzVision.az

Qalereya




Teqlər: DSX  



Xəbər lenti